DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

23.02.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları əvvəllər məhkum olunmuş Vaqif Talıbovdan 25,1 qram marixuana və 1 ədəd bıçaq, Baş Mühafizə İdarəsi və Cəlilabad RPŞ əməkdaşları Ramil Şahbazovdan 2 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları əvvəllər məhkum olunmuş Yadulla Süleymanovdan 0,351 qram heroin, Naxçıvan ŞPİ əməkdaşları isə Namiq Məmmədovdan 95,6 qram marixuana götürmüşlər. Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Şəmsəddin Cavdi 8,25 qram marixuananı satarkən tutulmuşdur. Müəyyən olunmuşdur ki, Ş.Cavdi narkotik vasitəni qonşusu, əvvəllər məhkum olunmuş Rahil Əsədullayevdən almışdır. R.Əsədullayev tutulmuş, ondan əlavə 5,68 qram marixuana götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mustafa Mustafayevdən 0,316 qram heroin götürülmüşdür. M.Mustafayevin narkotik vasitəni Bakı şəhər sakini Elçin Məmmədovdan alması müəyyən edilmişdir. E.Məmmədov tutulmuş, ondan 1,112 qram heroin götürülmüşdür.