DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçmış Ramin Səfərovdan odlu və soyuq silah aşkar edilərək götürülmüşdür

21.02.2007

Saat 19:00 radələrində Gəncə şəhərində "QAZ-31" markalı avtomaşınla şəhər sakini Elmir Rəhimov vurulmuş və o, ayağının sınığı ilə xəstəxanaya yerləşdirilmişdir. Sürücü avtomaşını hadisə yerində qoyub, digər avtomaşında qaçmışdır. Hadisəni törətmiş sürücünün şəhər sakini Ramin Səfərov olması müəyyən edilmişdir. Kəpəz RPŞ, Baş Dövlət Yol Polisi İdarəsi və DİN-in Növbətçi Hissələri İdarəetmə Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Səfərovun hadisə yerindən qaçdığı şəhər sakini Rövşən Mehdiyevin idarə etdiyi "Mercedes" markalı avtomaşın Bakı-Şamaxı yolunda BDYPİ-nin daimi postunda saxlanılmışdır. R.Səfərov tutulmuş, ondan 1 ədəd "Makarov" tipli tapança, 12 ədəd patron və 1 ədəd bıçaq götürülmüşdür.