Binəqədi rayonu Sulutəpə qəsəbəsindəki evlərdən birində yanğına keçən ani partlayış baş vermişdir
08.11.2013Noyabrın 8-də saat 07.00 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsindəki evlərdən birində yaşayan Şəfahət Cənnətəliyevanın evində qaz sobası ilə ehtiyatsız davranıldığından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə dağıntı olmamış, yanıq xəsarəti almış Ş.Cənnətəliyeva xəstəxanaya yerləşdirilmişdir.