DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları vətəndaşlardan narkotik vasitələr və silah-sursat götürülmüşdür

21.02.2007

Mingəçevir şəhər sakini Pərviz Məmmədov 1 ədəd AKM silahını, 2 ədəd qumbaranı, 105 ədəd avtomat patronunu və 3 ədəd patron darağını könüllü olaraq Mingəçevir ŞPŞ-yə təhvil vermişdir. Əli Bayramlı şəhərindəki ticarət mərkəzində Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Fəqani Vəlişov sərxoş halda, xuliqanlıq zəminində ov tüfəngindən yerə atəş açmış və şəhər sakini Ramil Şəkərovu hədələmişdir. Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində F.Vəlişov tutulmuş, ondan 1 ədəd ov tüfəngi, 1 ədəd patron, hadisə yerindən isə 1 ədəd giliz və 29 ədəd qırma götürülmüşdür. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Liman şəhər sakini Etibar Ələkbərov tutulmuşdur. Onun evinə baxış zamanı 15,052 qram heroin, 51,042 qram tiryək, 10 ədəd müxtəlif çaplı patron və 1 ədəd patron darağı aşkar edilərək götürülmüşdür. Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Quliyevdən 3,331 qram heroin və 0,84 qram marixuana, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şirzad Alışovdan 0,369 qram heroin, Gəncə ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Tərtər rayon sakini İldırım Bəylərovdan 15 qram marixuana götürülmüşdür. Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Nazim Quliyev 0,448 qram heroini satarkən tutulmuşdur. Onun üstünə baxış zamanı əlavə 0,979 qram heroin götürülmüşdür. N.Quliyevə narkotik maddəni satmış, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş İlham Rüstəmov tutulmuş, ondan 3,049 qram heroin götürülmüşdür.