DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

20.02.2007

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini Mircəfər Abdullayevdən 1 kiloqram 31 qram həşiş, DİN Çevik Polis Alayı və Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elman Kərimovdan 0,161 qram heroin, Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sərdar Şərifovdan 0,821 qram heroin, Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Tağıyevdən 21,3 qram marixuana, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Rövşən Zeynalovdan 0,170 qram heroin götürülmüşdür. Baş Narkotiklərlə Mubarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıxanov qəsəbəsindəki aptekin müdiri, Bakı şəhər sakini Sədaqət Eminova 30 həb psixotrop tərkibli "Diazepam"dərmanın qanunsuz olaraq satarkən tutulmuşdur.