Lerik şəhərində Rəhim Məmmədova məxsus yanacaq doldurma məntəqəsinə 3 naməlum şəxs gələrək Oqtay Hüseynovu hədələyərək avtomaşına pulsuz benzin doldurmasını tələb etmişlər
20.02.2007"VAZ-2107" markalı avtomaşında olan 3 naməlum şəxs Lerik şəhərində, şəhər sakini Rəhim Məmmədova məxsus yanacaq doldurma məntəqəsinə gəlib, oranın işçisi Oqtay Hüseynovu hədələyərək avtomaşına pulsuz benzin doldurmasını tələb etmişlər. İstəklərinə nail olmadıqlarından O.Hüseynovu döymüş, məntəqənin şüşələrini isə sındırmışlar. Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənlərdən biri, Sumqayıt şəhər sakini Ramid Bayramov tutulmuşdur.