DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

17.02.2007

Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Mirzəyev 0,915 qram heroini satarkən tutulmuş, Bakı BPİ Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fuad Bünyadovdan 8 ədəd satışı məhdudlaşdırılmış həblər və 2 ədəd şpris, DİN Baş Mühafizə İdarəsi və Xətai RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Budaqovdan 0,221 qram heroin, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Kazımovdan 0,228 qram heroin, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Kənan Allahverdiyevdən 0,223 qram heroin, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maşıoba kənd sakinləri Aslan Lalayevdən 6,21 qram, əvvəllər məhkum olunmuş Şahbaz Qonaqovdan isə 5,67 qram marixuana, Qazax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Məzahir Sarıyevdən 0,351 qram, Şirzad Musayevdən isə 0,289 qram heroin götürülmüşdür.