Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 16 cinayət faktı qeydə alınmışdır

18.02.2007

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 16 cinayət faktı qeydə alınmışdır ki, onların da 14-ü "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 14 nəfər isə yaralanmışdır. - 3 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 18 nəfər tutulmuşdur.