DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 34 cinayət faktı qeydə alınmışdır

16.06.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 34 cinayət faktı qeydə alınmışdır ki, onların da 33-ü «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 4 nəfər yaralanmışdır. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 8 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.