DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

16.02.2007

Əli Bayramlı şəhər sakini Əliağa Hüseynov 0,075 qram heroini könüllü olaraq Əli Bayramlı ŞPŞ-yə təhvil vermişdir. Ə.Hüseynovun narkotik vasitəni şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Kərimovdan, onun isə həmyerlisi, əvvəllər məhkum olunmuş Natiq Əliyevdən alması müəyyən edilmişdir. N.Əliyevdən 10,06 qram marixuana götürülmüşdür. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini İntiqam Əhmədovdan 0,4 qram heroin götürülmüşdür. Müəyyən edilmişdir ki, narkotik vasitəni ona həmyerlisi Rahid Əliyev satmışdır. R.Əliyev tutulmuş, ondan 1 ədəd bıçaq götürülmüşdür. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qızıl Ağac kənd sakini Məhərrəm Məmmədovdan 928 qram heroin, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Novxanı qəsəbə sakini İsmayıl Yusifovdan 111, 63 qram marixuana, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Əhliman Məmmədovdan 0,243 qram heroin, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Bağırovdan 150 qram marixuana, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini, əvvəllər məhkum olunmuş Pərviz Həsənovdan 5 qram tiryək məhlulu götürülmüşdür.