DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr aşkar edilərək götürülmüşdür

15.02.2007

Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə Bakı şəhər sakini Yusif Əzimov 1,56 qram həşişi satarkən tutulmuş, ondan əlavə 0,32 qram həşiş götürülmüş, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə rayon sakini Hüseyn Süleymanov 21,1 qram həşişi satarkən tutulmuş, ondan əlavə 3,62 qram həşiş götürülmüş, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə isə Bakı şəhər sakini Hacı Qədirovdan 0,221 qram heroin götürülmüşdür. Ona narkotik vasitəni satmış Zaur Abdulov isə tutulmuşdur. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məmmədşərif Axundovdan 0,253 qram heroin, 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə Bakı şəhər sakini Sergey Qurbanovdan 0,239 qram heroin, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Səfərovdan 0,227 qram heroin, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hüseynovdan 0,244 qram heroin, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə N.Mehdiyevdən 0,217 qram heroin, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Ramazanovdan 0,221 qram heroin, Nizami (Gəncə) RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə şəhər sakini, əvvəllər məhkum olunmuş Fərhad Verdiyevdən 6,37 qram marixuana və 0,187 qram heroin, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsndə rayon sakini, əvvəllər məhkum olunmuş Elmar Cığamlıdan 0,373 qram heroin götürülmüşdür.