DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Zaqatala rayonunun Yuxarı Tala kəndində Səməd Ramazanovun evində Camal Məmmədov yıxılaraq ölmüşdür

12.02.2007

Fevralın 5-nə keçən gecə Zaqatala rayonunun Yuxarı Tala kəndində, kənd sakini Səməd Ramazanovun evində bacanağı Camal Məmmədovun yıxılaraq ölməsi barədə RPŞ-yə məlumat daxil olmuşdur. Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin gün qohumlar arasında münaqişə baş vermişdir. Nəticədə S.Ramazanov C.Məmmədovu itələmiş və sonuncu yıxılma nəticəsində aldığı xəsarətdən ölmüşdür. S.Ramazanov tutulmuşdur.