Zaqatala rayonunun Yuxarı Tala kəndində Səməd Ramazanovun evində Camal Məmmədov yıxılaraq ölmüşdür
12.02.2007Fevralın 5-nə keçən gecə Zaqatala rayonunun Yuxarı Tala kəndində, kənd sakini Səməd Ramazanovun evində bacanağı Camal Məmmədovun yıxılaraq ölməsi barədə RPŞ-yə məlumat daxil olmuşdur. Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin gün qohumlar arasında münaqişə baş vermişdir. Nəticədə S.Ramazanov C.Məmmədovu itələmiş və sonuncu yıxılma nəticəsində aldığı xəsarətdən ölmüşdür. S.Ramazanov tutulmuşdur.