Quba RPŞ və MTN-in rayon şöbəsinin əməkdaşları Püstə-Qasım kənd sakini Qeybulla Məmmədovun evinə baxış zamanı silah sürsat aşkar edilərək götürülmüşdür
09.02.2007Quba RPŞ və MTN-in rayon şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Püstə-Qasım kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qeybulla Məmmədovun evinə baxış zamanı 1 ədəd AKM silahı, 2 ədəd "F-1" qumbarası, 30 ədəd avtomat patronu, 2 ədəd patron darağı, eləcə də vəhabiliyi təbliğ edən dini ədəbiyyat, audio və video kassetlər aşkar edilərək götürülmüşdür.