Yevlax rayon sakini Lətafət Verdiyeva və Qəbələ rayon sakini Gülbəniz Səfərova insan alveri ilə məşğul olaraq tutulmuşlar
09.02.2007DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini Lətafət Verdiyeva və Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Gülbəniz Səfərova insan alveri ilə məşğul olaraq qadınları Türkiyəyə və Pakistana apararaq, onları cinsi istismara məruz qoyduqları üçün tutulmuşlar. Hər iki fakt üzrə cinayət işi başlanmışdır.