DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu ərazisində - Tbilisi prospektində 5 naməlum şəxs Akif Ənvərlini bıçaqla hədələyərək idarə etdiyi avtomobili ondan almağa cəhd göstərmişlər

09.02.2007

Saat 6.10 radələrində Nəsimi rayonu ərazisində - Tbilisi prospektində 5 naməlum şəxs Türkan qəsəbə sakini Akif Ənvərlini bıçaqla hədələyərək idarə etdiyi avtomobili ondan almağa cəhd göstərmişlər. Yasamal Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən onlardan 2-si -- Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Sahatzadə və Sumqayıt sakini Bəxtiyar Dadaşov yaxalanmışlar. DİN Çevik Polis Alayının və Nəsimi RPİ əməkdaşlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində isə qrupun digər üzvləri -- Ağdam rayon sakini Ruslan Məhərrəmov, Yevlax rayon sakinləri Elxan Zeynalov və Elvin İsgəndərov da tutulmuşlar. Onların həmin gün Beyləqan rayon sakini Sənan Həsənovu oyuncaq tapança ilə hədələyərək 40 manat pulunu və qızıl üzüyünü almaları da müəyyən edilmişdir.