DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Zor tətbiq edərək soyğunçuluq etmiş Rusiya Federasiyası vətəndaşı Semyon Abdiyev tutulmuşdur

08.02.2007

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 7-də Bakı şəhər sakini Gülnar Seyidovaya qarşı zor tətbiq edərək mobil telefonunu onda almış Rusiya Federasiyası vətəndaşı, əvvəllər məhkum olunmuş Semyon Abdiyev tutulmuşdur. S.Abdiyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin yanvar ayında Bakı şəhər sakinləri Ülviyyə Teymurova və Gülü Nağıyevaya qarşı zor tətbiq edərək içərisində mobil telefonları, pulları və şəxsi sənədləri olan çantalarını alması da müəyyən edilmişdir.