DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonu ərazisində piyadanı vurub hadisə yerindən qaçmış Bakı şəhər sakini Aslan Əliyev tutulmuşdur

08.02.2007

Fevralın 7-də Yasamal rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Zəngilan rayon sakini Elvin Məmmədov vurulmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Məmmədov orada ölmüşdür. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Mercedes" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Aslan Əliyev tərəfindən törədilməsi müəyyən edilmiş və o tutulmuşdur.