Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu ərazisində piyadanı vurub hadisəs yerindən qaçmış Lənkəran rayon sakini Cavidan Hüseynov tutulmuşdur

08.02.2007

Fevralın 7-də Nərimanov rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla şəxsiyyəti bəlli olmayan gənc oğlan vurulmuşdur. Nəticədə o hadisə yerində ölmüşdür. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mərhumun Bakı şəhər sakini 16 yaşlı Vüqar Atayev olması, hadisənin isə "BMW" markalı avtomaşının sürücüsü, Lənkəran rayon sakini Cavidan Hüseynov tərəfindən törədilməsi müəyyən edilmişdir. C.Hüseynov tutulmuşdur.