DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

07.02.2007

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Köhnə Xudat kənd sakini Xatirə Səfərəliyeva Qusar şəhər sakini Namiq Şirinova 0,264 qram heroini satarkən tutulmuşlar. Müəyyən edilmişdir ki, X.Səfərəliyeva narkotik vasitəni Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Məmmədkərimovdan, A.Məmmədkərimov isə onu Füzuli rayon sakini İntiqam Hüseynovdan almışdır. Onlar tutulmuş, İ.Hüseynovdan əlavə 6,103 qram heroin götürülmüşdür. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakıxanov qəsəbə sakinləri Orxan Məmədov və Sabir Qasımov 1,53 qram heroini Qobustan həbsxanasına keçirməyə cəhd edərkən tutulmuş, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elnur Seyidzadədən 0,513 qram heroin, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Natiq Səlimovdan 0,249 qram heroin, Gəncə ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri Teymur Ramazanovdan 6,13 qram marixuana, 1,17 qram həşiş, Elxan Məmmədovdan isə 5,83 qram marixuana, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri Zahid Rzayevdən 1,074 qram tiryək, Elçin Səmədovdan isə 0,325 qram heroin götürülmüşdür.