DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

06.02.2007

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Əzizağa Xəlilovdan 2 kiloqram 445,3 qram tiryək və 1 kiloqram 15,6 qram heroin götürülmüşdür. Fevralın 4-də Nardaran qəsəbə sakini Famil Allahverdiyevin həyətindən 14 baş qoyunu oğurlanmışdır. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qoyunları oğurlamış qəsəbə sakini Mircəlal Abdullayev tutulmuşdur. Ondan 70,18 qram marixuana götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elçin Hacıyevdən 0,586 qram heroin, Baş Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Yusifovdan 0,213 qram heroin, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Qürbət Hüseynovdan 0,209 qram, Nazim Vəliyevdən isə 0,803 qram heroin, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Seymur Məlikovdan 0,251 qram heroin, Abşeron rayon sakini Vidadi Cəbiyevdən 155,01 qram həşiş, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Yusifovdan 0,213 qram heroin, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldar Xudiyevdən 0,225 qram heroin, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazma kənd sakini Rasim Əliyevdən 64 qram marixuana götürülmüşdür.