DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

"Araz-E" firmasından istifadə müddəti keçmiş və mənşəyi məlum olmayan dərman preparatları aşkar edilmişdir

05.02.2007

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində "Araz-E" firmasına baxış zamanı orada 39 çeşiddə 130 min manat dəyərində istifadə müddəti keçmiş və mənşəyi məlum olmayan dərman preparatları, tarix və nömrələrin silinməsi üçün aseton, su və digər mayelər, numeratorlar, boş dərman qutuları, möhürlər, xeyli sayda saxta sənədlər aşkar edilərək götürülmüşdür. Firmanın təisiçisi, Bakı şəhər sakini Niyazi Əkbərov, orada fəhlə işləyənlər Anar Zülfüqarov, Araz Rəhimov və Adil Rəhimov tutulmuşlar.