Bakı şəhər sakini Fikrət Qasımov tutulmuşdur
04.02.2007Yanvarın 5-də Xətai rayonu Telnov küçəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı qadın meyidi tapılmışdır. Xətai və Nizami RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində qadını qətlə yetirmiş Bakı şəhər sakini Fikrət Qasımov tutulmuşdur.