DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

04.02.2007

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Kamal məmmədovdan 34,6 qram marixuana, Baba Şabanovdan 12,64 qram marixuana, Baş Mühafizə İdarəsi və Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Viktor Smirnovdan 0,167 qram heroin, Əzizbəyov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayon sakini Şakir Salmanovdan 0,017 qram heroin, Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhərində yaşayan Sirus Yavəridən 47,62 qram tiryək və 1,592 qram heroin, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Cahandar Seyfullayevdən 0,246 qram heroin, Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Abbasovdan 0,284 qram heroin, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Quliyevdən 0,198 qram heroin, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qarazəncir kənd sakini Rafiq Qurbanovdan 0,493 qram heroin götürülmüş, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Malik Nurməmmədov 25,88 qram marixuananı satarkən tutulmuşdur.