DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən narkotik vasitələr götürülmüşdür

03.02.2007

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhər sakini Fuad Allahverdiyev və Naftalan şəhər sakini Mehman məmmədov 9,58 qram həşişi satarkən tutulmuşlar. F.Allahverdiyevin üstünə baxış zamanı əlavə 0,95 qram həşiş aşkar edilərək götürülmüşdür. F.Allahverdiyev və M.Məmmədova narkotik vasitəni satmış Xırdalan şəhər sakini Əfqan Əfəndiyev tutulmuşdur. Əzizbəyov RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Kərimovdan 0,226 qram heroin, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Zöhrab Qasımovdan 0,361 qram heroin, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əsgər Əlizadədən 0,198 qram heroin götürülmüş, Sabirabad rayonu Qalağayın kənd sakini Yaşar İmanov 0,095 qram heroini könüllü olaraq polisə təhvil vermişdir. Müəyyən edilmişdir ki, narkotik vasitəni ona rayon sakini Aftandil Ələkbərov satmışdır. A.Ələkbərov Sabirabad RPŞ əməkdaşları tərəfindən tutulmuşdur.