DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Əliheydər Mehdiyev və Sumqayıt şəhər sakini Samir Mirzəyev tutulmuşlar

02.02.2007

Bakı Şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, İstiqlaliyyət küçəsindəki "Elegiya" kafe-barında Bakı şəhər sakini Ceyhun Ağayevə qarşı zor tətbiq edərək 100 dollar, 68 manat pulunu və mobil telefonunu ondan almış Bakı şəhər sakini Əliheydər Mehdiyev və Sumqayıt şəhər sakini Samir Mirzəyev tutulmuşlar.