DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

02.02.2007

Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Böyükağa Eyvazovdan 0,229 qram heroin, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Babayevdən 0,211 qram heroin, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qılman Şaxheybətovdan 0,178 qram heroin, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İntiqam Əliyevdən 0,228 qram heroin, Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Rəşad Ağayevdən 0,327 qram heroin, Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif İsayevdən 0,241 qram heroin götürülmüşdür. Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini Anar Bağırovdan 0,357 qram heroin götürülmüşdür. A.Bağırova narkotik vasitəni satmış şəhər sakinləri Elşən Ramazanov və Ramin Məmmədov tutulmuşlar.