DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
01.02.2007Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Siyəzən rayon sakini Xədicə Dadaşova və Bakı şəhər sakini Qırxlar Bədəlov Ədliyyə Nazirliyinin Cəzaçəkmə Müəssisəsində cəza çəkən Elmar Dadaşova yemək keçirərkən bağlamaya baxış zamanı oradan 5,235 qram tiryək aşkar edilərək götürülmüşdür. Əli Bayramolı ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mirzəağa Qasımov 0,017 qram heroini satarkən tutulmuşdur. Ondan əlavə 0,98 qram həşiş götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zeynal Zeynalovdan 0,227 qram heroin, BNMİ-nin Cənub bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Kamran Həsənovdan 0,215 qram heroin, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhmən Əhmədovdan 0,273 qram heroin, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Nəcəfovdan 0,221 qram heroin, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İbrahim Qurbanovdan 0,265 qram tiryək, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Samir Sadıqovdan 0,227 qram heroin, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri Namiq Məlikovdan 0,239 qram, Elnur Fərzəliyevdən 0,212 qram, Elmir Məhərrəmovdan isə 0,232 qram heroin, Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Gülağa İsgəndərovdan 0,548 qram tiryək, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini Anar Bağırovdan 0,357 qram heroin götürülmüşdür.