Qusar rayonunun Yasab sakini Səkinə Bayramovaya məxsus evdə yanğın baş vermişdir
31.01.2007Qusar rayonunun Yasab kəndində, kənd sakini Səkinə Bayramovaya məxsus evdə odun sobasının üstünə yağ dağılması nəticəsində ani yanğın baş vermişdir. Nəticədə yanıq xəsarətləri almış S.Bayramova, qızları Aksana, Qızxanım və oğlu Fərid xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.