DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

31.01.2007

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Yaqubovdan 1,493 qram heroin, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Rizvan Fərzəliyevdən 0,182 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göyşaban kənd sakini Zahir Salayevdən 0,422 qram heroin götürülmüş, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Yusifovdan 31,92 qram həşiş, əvvəllər məhkum olunmuş Tahir Səfərovdan 1,550 qram heroin götürülmüş, onun evinə baxış zamanı əlavə 450 qram marixuana götürülmüşdür.