DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Məmmədov və Anar Əmirov avtomaşın təkərləri oğurlamağa cəhd edərkən tutulmuşlar

30.01.2007

Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, yanvarın 29-da M.Muxtarov küçəsində Ramiz Poluxova məxsus "VAZ-2106" markalı avtomaşının 3 ədəd təkərini oğurlayarkən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Mehdi Məmmədov və Anar Əmirov tutulmuşlar. Onlardan 0,278 qram və 0,237 qram heroin götürülmüşdür. Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, yanvarın 29-da 1-ci Zabrat qəsəbəsi N.Nərimanov küçəsindəki evin liftinin əyləc dolağını oğurladığına görə Bakı şəhər sakini Rəşad Əsgərov tutulmuşdur. B.Əsgərovdan 0,270 qram heroin götürülmüşdür. İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Balik kənd sakini Zakir Vahabovdan 1,1 qram həşiş götürülmüşdür. Z.Vahabova narkotik vasitənin Quşencə kənd sakini Ramiz Həmidov, ona isə həmkəndlisi Natiq Həmidov tərəfindən satılması müəyyən edilmişdir. Onlar tutulmuşlar. Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahid Hüseynovdan 1,832 qram heroin, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Rəşad Balaməmmədovdan 0,216 qram heroin, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini Namiq Sadıqovdan 0,1 qram heroin götürülmüşdür.