DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Masallı rayonunun Böyük Xocavar kəndi ərazisində yol-qəza hadisəsi

29.01.2007

Saat 15:00 radələrində, Masallı rayonunun Böyük Xocavar kəndi ərazisində, Banbaşı kənd sakini Mirsadiq Mirheydərovun idarə etdiyi "QAZ-31029" markalı və rayon sakini Emin Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə M.Mirheydərovun sərnişini, həmkəndlisi Nabar Abdullayeva və E.Əliyevin sərnişini, Böyük Xocavar kənd sakini Məmməd Əzizov xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. N.Abdullayeva orada ölmüşdür.