DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 40 cinayət faktı qeydə alınmışdır

14.06.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 40 cinayət faktı qeydə alınmışdır ki, onların da 33-ü «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 1 nəfər yaralanmışdır. Gün ərzində 6 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüşdür. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 58 nəfər tutulmuşdur.