DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

29.01.2007

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Balayev 0,185 qram heroini satarkən tutulmuşdur. Onun evinə baxış zamanı əlavə 915 qram marixuana aşkar edilərək götürülmüş, Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bərdə şəhər sakini Muxlis Tağıyevdən 2,285 qram heroin götürülmüşdür. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevda Qəniyevadan 0,037 qram heroin, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Emin Kərimovdan 0,284 qram heroin, Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göyçay rayon sakini Seymur Şirinovdan 1,03 qram həşiş götürülmüş, Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Hürüuşağı kənd sakini Hümbət Tahirov 0,547 qram heroini satarkən tutulmuşdur. H.Tahirova narkotik maddəni satmış Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Seyran Abduləzimov da tutulmuşdur.