Sumqayıt şəhər sakini Cavid Muradovdan 1 ədəd “Vinçestr” markalı tüfəng götürülmüşdür
31.07.2013Avqustun 1-də Sumqayıt şəhər sakini Cavid Muradov xuliqanlıq zəminində ov tüfəngindən atəş açaraq qohumu, şəhər sakini Amiq Fərzəliyevin evinin pəncərə şüşələrini sındırmışdır.
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Muradov saxlanılmış, ondan 1 ədəd “Vinçestr” markalı tüfəng götürülmüşdür.