Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

27.01.2007

Baş Cinayət Axtarış İdarəsi və Gəncə ŞPİ Nizami RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Yaşar Rzayevdən 10,08 qram marixuana, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Çərkəzovdan 0,309 qram heroin, Əzizbəyov RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Türkan qəsəbə sakini Möhbala Mayılovdan 0,274 qram heroin, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Babakişi Əliyevdən 0,238 qram heroin, Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Kərimovdan 7,37 qram marixuana, Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vahid Məmmədovdan 0,531 qram heroin, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Ağdam rayon sakini Yalçın Haqverdiyevdən 0,224 qram heroin, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakinləri Rasim Pənahovdan 0,271 qram, İntiqam Xankişiyevdən isə 0,336 qram heroin, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Atakişili kənd sakini Surxay Abbasovdan 8,4 qram marixuana götürülmüşdür.