DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

25.01.2007

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Elçin kərimovdan 0,529 qram heroin, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Aleksey Prokofyevdən 0,235 qram heroin və 1 ədəd əldədüzəltmə tapança, Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Zeynalovdan 30,8 qram marixuana, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Sahil qəsəbə sakini Elçin Cabbarovdan 0,246 qram heroin, Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakinləri Vasif qədirovdan 0,212 qram, əvvəllər məhkum olunmuş Əbdülcəlil Cəlilovdan isə 0,223 qram heroin, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Yuriy Matveyevdən 0,202 qram heroin, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Balakişiyevdən 0,988 qram tiryək, İmişli şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Xubyarovdan isə 0,989 qram heroin, Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş Elçin Yusibovdan 11,846 qram heroin götürülmüşdür.