Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 20 cinayət faktı qeydə alınmışdır

22.01.2007

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 20 cinayət faktı qeydə alınmışdır ki, onların da 14-ü "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır. - 7 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 10 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.