Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

22.01.2007

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Qalib Bayramovdan 1,083 qram heroin, 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Mahir Aydınovdan 0,224 qram heroin, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Ələkbər Əmiraslanovdan 0,335 qram heroin, Binəqədi RP 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq Paşayevdən 0,213 qram heroin, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Kürqaraqaşlı kənd sakini Cəmil Cəfərovdan 0,896 qram tiryək götürülmüş, Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini Süleyman Hüseynəlizadə 0,2 qram heroini satarkən tutulmuşdur. Naxçıvan MR DİN əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini İmamqulu Hüseynov 15,3 qram həşişi satarkən tutulmuşdur. İ.Hüseynovun evinə baxış zamanı əlavə 7,48 qram həşiş götürülmüşdür.