Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qax RPŞ əməkdaşları tərəfindən mağazalardan oğurluq etmiş bir qrup şəxs yaxalanmışdır

21.01.2007

Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 20-də rayon sakini Mustafa Xasıyevə məxsus mağazadan oğurluq etdiklərinə görə Qax rayon sakinləri Səbuhi Məmmədov, Elçin Vahidov və Zaur Alakulaşvili tutulmuşlar. S.Məmmədovun, E.Vahidovun və Z.Alakulaşvilinin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində, onların 2006-cı ilin oktyabr ayında rayon sakinləri İ.Cəlilova, M.Bayramlıya və Ə.Abidova məxsus mağazalardan da oğurluq etmələri müəyyən edilmişdir.