Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakini Ramiz Vəliyevə məxsus evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir

19.01.2007

Saat 07:55 radələrində, Gəncə şəhərində, şəhər sakini Ramiz Vəliyevə məxsus 2 otaqlı evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları yanmış, R.Vəliyev, arvadı, Məryəm, qızı Gülnar və oğlu İsgəndər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.