Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Biləsuvar rayonu Əsgərabad kənd sakini İlkin İbrahimov qətlə yetirilmişdir

15.01.2007

Yanvarın 15-də, Biləsuvar rayonu Əsgərabad kənd sakini İlkin İbrahimov evdən çıxmış, geri qayıtmamışdır. Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, İ.İbrahimovun Biləsuvar rayon sakini Xəqani Əsgərzadənin sifarişi və iştirakı ilə "Riyad" Mühafizə Firmasının Biləsuvar şöbəsinin mühafizəçisi Elbrus Soltanov tərəfindən küt alətlə qətlə yetirilməsi, meyitinin isə şirkətin həyətində torpağa basdırılması müəyyən edilmişdir. E.Soltanov və X.Əsgərzadə Biləsuvar RPŞ əməkdaşları tərəfindən tutulmuşlar.