DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

15.01.2007

Əzizbəyov RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Zaur Hüseynovdan 0,02 qram heroin və 0,315 qram həşiş götürülmüşdür. Müəyyən edilmişdir ki, narkotik vasitəni ona qonşusu, əvvəllər məhkum olunmuş Əşrəf Həbibov satmışdır. Ə.Həbibov tutulmuşdur. DİN Çevik Polis Alayı və Nərimanov RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, əvvəllər məhkum olunmuş Ramin Tağıyevdən 0,658 qram heroin, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Yadigar cəfərovdan 0,237 qram heroin, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini Əbülfəz Orucovdan 0,211 qram heroin götürülmüşdür.