DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi

14.01.2007

Saat 22:45 radələrində, Nərimanov rayonu Z.Bünyadov prospektində, Bakı şəhər sakini Emin Cəfərovun idarə etdiyi "VAZ-21011" markalı və Yevlax rayon sakini Rəşad Şıxəliyevin idarə etdiyi "Tofaş" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə R.Şıxəliyevin sərnişini, həmyerlisi Günay Şahsuvarova xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış hər iki sürücü, E.Cəfərovun sərnişinləri, Bakı şəhər sakinləri Ramin Ələkbərov və Zamir Aydınov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.