Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 24 cinayət faktı qeydə alınmışdır

12.01.2007

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 24 cinayət faktı qeydə alınmışdır ki, onların da 18-i "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 5 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır. - 7 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 14 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.