Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində yol-qəza hadisəsi

12.01.2007

Saat 23:00 radələrində, Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində, Sumqayıt şəhər sakini Dilən Əhmədov "Mersedes-E230" markalı avtomaşını idarə edərkən, onu divara vurmuşdur. Nəticədə Ə.Əhmədov və sərnişinləri, Sumqayıt şəhər sakini Yusif Qarayev, Bakı şəhər sakini Nuriyə Rəcəbova, Qax rayon sakini Fariz Qasımov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişin, Sumqayıt şəhər sakini Novruz Qarayev xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.