Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

09.01.2007

Saat 20:30 radələrində, "Samur" gömrük postunun nəzarət zonasında, RF vətəndaşı Sudak Pyotr Qriqoriyeviçin idarə etdiyi "Skaniya" markalı avtomaşına Xaçmaz Gömrük İdarəsi və Qusar RPŞ əməkdaşlarının baxışı zamanı oradan 11,7 qram tiryək aşkar edilərək götürülmüşdür.Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Salyan rayon sakini Qurban Rəcəbov 176,78 qram həşişi satarkən tutulmuş, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Lökbatan qəsəbə sakini İlham Hüseynbalayevdən 6,57 qram marixuana, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Elman Quliyevdən 1,65 qram həşiş, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Tofiq Nəsibovdan 0,89 qram tiryək, 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Rüfət Bayramovdan 0,214 qram heroin, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini Namiq Səfərovdan 0,14 qram tiryək, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini, əvvəllər məhkum olunmuş Əziz Didaridən 0,152 qram heroin, Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Rauf Zeynalovdan 6,47 qram, Eldar Kərimovdan isə 6,44 qram marixuana götürülmüşdür.