DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Badamdar qəsəbəsində çörəkbişirmə sexində qaz sızmasından partlayış baş vermişdir

07.01.2007

Saat 16.50 radələrində Səbail rayonunun Badamdar qəsəbəsində Bakı şəhər sakini Nizami Muradova məxsus ümumi sahəsi 600 kvadrat metr olan çörəkbişirmə sexində qaz sızmasından partlayış baş vermişdir. Nəticədə, 35 kvadrat metr sahədə qazanxananın tavanı, divarları uçmuş, qapı-pəncərələrin şüşələri sınmışdır. Xəsarət alan olmamışdır.