Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərfindən vətəndaşlardan narkotik vasitələr akar edilərək götürülmüşdür

05.01.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xətai RPİ 34-cü Polis Bölməsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəzakət Məmmədovadan 0,223 qram heroin, Salyan RPŞ əməkdaşları isə şəhər sakini Vüqar Tağıyevdən 4,6 qram həşiş götürmüşlər. V.Tağıyev əlavə olaraq, evində saxladığı 496,19 qram həşişi könüllü polisə təhvil vermişdir. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləcəri qəsəbə sakinləri Anar Əzizov və İlham Səfərov 0,153 qram heroini satarkən tutulmuş, Bakı şəhər sakini Çingiz Məmmədəliyevdən 0,16 qram, Sabunçu qəsəbə sakini Mübariz Qəhrəmanovdan 0,288 qram heroin, Xaçmaz şəhər sakini Zaur Tağıyevdən isə 1,1 qram marixuana götürülmüşdür. Z.Tağıyevə narkotik vasitəni satmış Sumqayıt şəhər sakini İlham İsmayılov tutulmuş, ondan 1,2 qram həşiş götürülmüşdür.