Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Slovakiya avia şirkətinə məxsus "Boinq-757" markalı təyyarə texniki nasazlıqla əlaqədar Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enmişdir

05.01.2007

Saat 16.50 radələrində, Hindistandan Bratislavaya uçan Slovakiya avia şirkətinə məxsus "Boinq-757" markalı təyyarə texniki nasazlıqla (qabaq şüşədə çat əmələ gəlməsi ilə) əlaqədar Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enmişdir. Təyyarədə 7 nəfər heyət üzvü və 170 sərnişin olmuşdur. Xəsarət alan olmamışdır.